Bakı. 24 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Yunanıstan prezidenti Prokopis Pavlopulosu Müstəqillik günü münasibətilə təbrik edib. "Report" məlumatına görə, təbrik məktubunda qeyd olunub ki, Azərbaycan - Yunanıstan münasibətlərinin inkişafı, iki ölkə arasında əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək: "Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Prezident İlham Əliyev Yunanıstan prezidentini təbrik edib
Xarici siyasət
24 Mart , 2016
12:08


İngilis versiyası
President Ilham Aliyev sent сongratulation letter to President of Greece
Rus versiyası
Президент Ильхам Алиев поздравил президента Греции
Son xəbərlər
