Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev XXIII dünya enerji konqresində iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib

    Azərbaycan prezidenti bu gün Türkiyənin dövlət başçısı ilə görüşəcək

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə keçiriləcək XXIII dünya enerji konqresində iştirak etmək üçün bu ölkəyə səfər edib.

    "Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb. 

    Məlumatda bildirilir ki, Atatürk adına Beynəlxalq Hava Limanında Azərbaycan prezidentini İstanbul qubernatoru Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıb.

    Azərbaycan prezidenti bu gün Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüş işçi nahar çərçivəsində keçiriləcək. 

    Qeyd edək ki, sabah Türkiyənin İstanbul şəhərində XXIII dünya enerji sammiti öz işinə başlayacaq.

    Dünyanın 80 ölkəsindən 50 dövlət başçısının, 54 baş nazirinin, ümumilikdə 266 dövlət rəsmisinin qatıldığı sammitdə TANAP, TAP və "Türk axını" kimi nəhəng layihələrin müzakirəsi keçiriləcək.

    Beynəlxalq tədbirin açılışını oktyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Binəli Yıldırım edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi