Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilən prezidentini təbrik edib

Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilən prezidentini təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilən Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib.
Xarici siyasət
13 Yanvar , 2020 17:44
Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilən prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilən Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Milanoviç,

Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi