Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti, idarə heyətinin sədrini qəbul edib

Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti, idarə heyətinin sədrini qəbul edib Görüşdə Bakıda yüksək səviyyədə təşkil edilən Formula-1 yarışlarının dünya səviyyəsində əhəmiyyəti qeyd olunub
Xarici siyasət
25 İyun , 2017 18:08
Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti, idarə heyətinin sədrini qəbul edib

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul edib.

"Report" xəbər verir ki, görüşdə Bakıda yüksək səviyyədə təşkil edilən Formula-1 yarışlarının dünya səviyyəsində əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı “VTB Bank”ın uzun il Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi bildirilib, ölkələrimiz arasında bank əməkdaşlığı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi