Prezident İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

Prezident İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib Azərbaycanın və Polşanın dövlət himnləri səsləndirilib
Xarici siyasət
27 İyun , 2017 15:50
Prezident İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

"Report"un xəbərinə görə, abidənin qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoyub, İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad edib.

Azərbaycanın və Polşanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

Son xəbərlər

Orphus sistemi