Prezident İlham Əliyev Ukraynaya və Argentinaya yeni səfir təyin edib

Prezident İlham Əliyev Ukraynaya və Argentinaya yeni səfir təyin edib Prezidentin sərəncamı ilə Azər Xuduyev Ukraynaya, Rəşad Aslanov isə Argentinaya səfir təyin olunub
Xarici siyasət
6 Sentyabr , 2016 18:43
Prezident İlham Əliyev Ukraynaya və Argentinaya yeni səfir təyin edib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev A.X.Xuduyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısı İlham Əliyev R.F.Aslanovun Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da Sərəncam imzalayıb.

Sənəddə deyilir ki, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Son xəbərlər

Orphus sistemi