Bakı. 27 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
"Report" xəbər verir ki, bu haqda Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində məlumat yayıb.
XİN başçısı qeyd edib ki, noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb: "Görüşdə kökü ortaq bağlara dayanan əməkdaşlığımızın hazırkı durumunu və gələcək inkişaf perspektivlərini müzakirə etdik".
