Prezident İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib

Prezident İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaşı qəbul edib.
Xarici siyasət
21 Dekabr , 2017 13:54
Prezident İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaşı qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Əli Ərbaşı Türkiyə Diyanət İşləri Başqanı təyin olunması münasibətilə təbrik edib və Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb.

Dövlət başçısı bu yaxınlarda İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım ilə görüşlərini məmnunluqla xatırladıb. Bu il Türkiyəyə üç dəfə səfər etdiyini vurğulayan Prezident İlham Əliyev bunu dostluq və qardaşlıq münasibətlərimizin göstəricisi kimi dəyərləndirib.

Əli Ərbaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlət başçısına çatdırıb. Qonaq Bakıya səfəri zamanı ölkəmizin sürətli inkişafının şahidi olduğunu məmnunluqla qeyd edib.

Söhbət zamanı Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub, bu tədbirin ölkələrimiz, xalqlarımız və dinlər arasında yaxınlaşmaya kömək etdiyi vurğulanıb.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi