Bakı. 10 iyul. REPORT.AZ/ “Türkiyə bu gün dünya miqyasında böyük gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bunlar mənim qardaşım Prezident Rəcəb Tayyip Ərdoğanın liderliyi altında əldə edilib”.
“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində çıxışında deyib.
“Bu gün Türkiyə uğurla, sürətlə inkikşaf edir. Türkiyə Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçir. Bugünkü toplantı bunun bir təzahürüdür. Türkiyə gücləndikcə Azərbaycan da güclənir, biz də sevinirik. Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır. Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir”, - dövlət başçısı vurğulayıb.