Prezident İlham Əliyev Türkiyənin dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyənin dövlət başçısına başsağlığı verdi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Xarici siyasət
23 Fevral , 2020 18:36
Prezident İlham Əliyev Türkiyənin dövlət başçısına başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"Report" xəbər verir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi