Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Türkiyə ilə Azərbaycanın siyasi maraqları üst-üstə düşür"

    Türkiyə nə qədər güclü olsa, Azərbaycanın da gücü artacaq

    Bakı. 3 dekabr. REPORT.AZ/ "Həm Azərbaycan, həm də Türkiyə ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Məncə, dünyada ikinci bir-birinə bu qədər yaxın olan ölkələr mövcud deyil. Bizi birləşdirən tariximiz, ortaq mədəniyyətimiz, etnik kökümüz və dilimizdir". "Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

    O, həmçinin bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan iki müstəqil dövlət kimi bir-biri ilə sıx əməkdaşlıq edir: "Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. O gündən bu günə qədər əlaqələr sürətlə və hərtərəfli inkişaf edir. Biz daim bütün dövrlərdə və məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir və bu siyasət həm ədalətə, həm də bizim tarixi keçmişimizə söykənir. Biz çox istəyirik ki, gələcək nəsillərdə bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. Çünki bizim siyasi maraqlarımız üst-üstə düşür. Biz istəyirik ki, bölgədə sülh və əmin-amanlıq olsun. Qarşıdurmalar olmasın. Bütün ölkələr, xalqlar rahat yaşasın, öz həyatlarını qursunlar. Heç kim heç kimin daxili işinə qarışmasın. Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik əfsuslar olsun ki, pozulur. Yeni təhdidlər və risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər güclü olsa, Azərbaycanın da gücü artacaq. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi