Prezident İlham Əliyev Tailand Kralını taxta çıxmağı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Tailand Kralını taxta çıxmağı münasibətilə təbrik edib "Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir"
Xarici siyasət
6 Dekabr , 2016 18:05
Prezident İlham Əliyev Tailand Kralını taxta çıxmağı münasibətilə təbrik edib

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaçiralonqkorna təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir:  

"Əlahəzrət,

Tailandın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tailand arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tailand xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi