Azərbaycan Prezidenti şri-lankalı həmkarını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti şri-lankalı həmkarını milli bayram münasibətilə təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksaya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Xarici siyasət
3 Fevral , 2020 17:08
Azərbaycan Prezidenti şri-lankalı həmkarını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksaya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Şri-Lanka arasındakı ikitərəfli dostluq əlaqələrinin, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımızın bundan sonra da uğurla davam edəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Qotabaya Racapaksaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Şri-Lanka xalqına sülh və rifah diləyib.

Son xəbərlər

Orphus sistemi