Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Soçidə Vladimir Putin ilə görüşüb

    Görüş zamanı ikitərəfli münasibətlər və regional gündəm müzakirə olunub© Foto: kremlin.ru

    Bakı. 21 iyul. REPORT.AZ/ Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş baş tutub.

    "Report" Kremlin rəsmi saytına istindən xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlər və regional gündəm müzakirə olunub.

    Rusiya Prezidenti İlham Əliyevi Soçidə görməyinə şad olduğunu bildirib:

    "Sizi növbəti dəfə Soçidə görməyimə, sizinlə ikitərəfli münasibətlərimiz, regionda baş verən hadisələr barədə danışmaq fürsətinə görə çox məmnunam.

    Vəziyyət o qədər də sadə deyil, lakin ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün mürəkkəb problemlərin həlli yollarını axtarıb tapmağımıza yardım edəcək.

    Əlbəttə, biz Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf prosesinə toxunacağıq. Bizim iş həcmimiz böyükdür və gələcəyə hesablanmış çoxlu birgə planlarımız var.

    Sizinlə görüşməyimə və bütün bu istiqamətlərlə bağlı danışmaq və bütün bu istiqamətləri müzakirə etmək fürsətinə görə şadam".

    Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində rusiyalı həmkarı ilə yenidən görüşdüklərinə şad olduğunu və bu görüşlərin ikitərəfli münasibətlərə müsbət təsir göstərdiyini diqqətə çatdırıb:

    "Mən də yenidən görüşməyimizə şadam. Biz mütəmadi olaraq görüşürük və bu görüşlər çox uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verir.

    Biz münasibətlərimizin yüksək səviyyədə olmasından məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat, energetika sahələrində yaxşı perspektivlər var. Yəni bizim münasibətlərimiz çoxşaxəlidir, əslində, həyatımızın bütün sahələrini əhatə edir.

    Regional, dünya siyasəti ilə bağlı mühüm məsələlər və əlbəttə ki, ikitərəfli münasibətlər, bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var.

    Bir daha sizi görməyimə çox şadam. Əminəm ki, bu görüş də bizim dostluq əlaqələrinin inkişafına yaxşı təkan verəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi