Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Sinqapur Prezidentinə başsağlığı verib

    Azərbaycan Prezidenti Li Kuan Yunun vəfatı ilə bağlı başsağlığı verib

    Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Li Kuan Yunun vəfatı ilə bağlı Sinqapur Prezidenti Toni Tan Kenq Yama başsağlığı verib. “Report” xəbər verir ki, başsağlığında deyilir:

    "Hörmətli cənab Prezident, Sinqapur Respublikasının birinci Baş naziri, görkəmli dövlət xadimi Li Kuan Yunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

    Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və bütün Sinqapur xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi