​Prezident İlham Əliyev Rusiyanın “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədrini qəbul edib

​Prezident İlham Əliyev Rusiyanın “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədrini qəbul edib İki ölkənin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub
Xarici siyasət
3 Mart , 2015 15:56
​Prezident İlham Əliyev Rusiyanın “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədrini qəbul edib

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib. 

“Report”un xəbərinə görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib, iki ölkənin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub və bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi