Prezident İlham Əliyev Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktorunu qəbul edib

Prezident İlham Əliyev Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktorunu qəbul edib Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin çox yüksək səviyyədə olduğu bildirilib
Xarici siyasət
20 Aprel , 2015 16:52
Prezident İlham Əliyev Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktorunu qəbul edib

Bakı. 20 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev aprelin 20-də Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

"Report" xəbər verir ki, baş direktor Sergey Çemezov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb. Sergey Çemezov rəhbərlik etdiyi “Rostex” Dövlət Korporasiyasında aparılan struktur islahatları və həyata keçirilən işlər barədə məlumat verib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin çox yüksək səviyyədə olduğu bildirilib, müdafiə sənayesi, maşınqayırma, yüksək texnologiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını deyib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi