Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
"Report"un məlumatına görə, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin və səfər çərçivəsində keçiriləcək görüşlərin səmərəli olacağına əminliyini bildirib. İki ölkəninin hüquq mühafizə orqanları arasında münasibətlərin uğurlu inkişafına toxunan Prezident İlham Əliyev müvafiq qurumların işgüzar əlaqələrinin mövcud olmasının, qarşılıqlı informasiya mübadiləsi aparılmasının və birgə tədbirlərin keçirilməsinin regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Faşizm üzərində Qələbənin 70 illiyinin Azərbaycanda yüksək səviyyədə keçirildiyini deyən Prezident İlham Əliyev bu tədbirlərin Qələbənin qeyd olunması ənənələrinin davam etdirilməsi və tarixi ədalətin qorunub saxlanılması üçün ümumi mövqeyin formalaşdırılması baxımından önəmini vurğulayıb.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb. Nikolay Patruşev ölkəmizə səfərinin ilk saatlarından başlayaraq Bakıda böyük abadlıq və quruculuq işlərinin yüksək keyfiyyətlə aparılmasının şahidi olduqlarını deyib. O, iki ölkə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Nikolay Patruşev yüksək səviyyəli görüşlərin, o cümlədən Azərbaycan və Rusiya prezidentlərinin faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Moskvadakı təmaslarının ikitərəfli münasibətlərimizin genişləndirilməsi və əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Xalqımızın ümummilli lideri
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Prezident Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.