Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədrini qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədrini qəbul edib - ƏLAVƏ OLUNUB Leonid Slutski: “Komitə sədri qismində ilk xarici səfərimi Azərbaycana etməyim mənim üçün böyük önəm daşıyır”
Xarici siyasət
18 Noyabr , 2016 11:39
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədrini qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Leonid Slutskini Rusiya Federasiyası Dövlət Dumasının deputatı və beynəlxalq məsələlər komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib və Dövlət Dumasının mühüm komitələrindən birinə rəhbər təyin olunmasını ona göstərilən böyük etimad kimi dəyərləndirib. Leonid Slutskinin Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri kimi əvvəllər Azərbaycanda dəfələrlə olduğunu vurğulayan Prezident İlham Əliyev onun həmin vəzifədə fəaliyyətinin MDB məkanında parlamentlərarası əməkdaşlığın fəal inkişafı işinə xidmət etdiyini bildirib. Dövlət başçısı əminliyini ifadə edib ki, indiki vəzifəsində də Leonid Slutski öz işinin öhdəsindən layiqincə gələcək və Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə bundan sonra da töhfəsini verəcək. Prezident İlham Əliyev Leonid Slutskiyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xoş sözlərə və təbriklərə görə dövlət başçısına minnətdarlığını bildirən Leonid Slutski deyib: “Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri qismində ilk xarici səfərimi Azərbaycana etməyim mənim üçün böyük önəm daşıyır. Azərbaycan bütün istiqamətlər üzrə Rusiya Federasiyası üçün həmişə mühüm strateji tərəfdaş olub və olacaq. Bu strateji tərəfdaşlıq ildən-ilə möhkəmlənir. Sizin müdrik rəhbərliyiniz ilə ölkəniz son illər MDB məkanından daha geniş miqyasda ən çox inkişaf edən iqtisadiyyatlardan birinə çevrilib”.

Leonid Slutski bildirib ki, ölkəsi Azərbaycanın Rusiya ilə strateji, konstruktiv və effektiv tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə yönələn xarici siyasət kursunu yüksək qiymətləndirir. Heç bir xarici və daxili opponent ildən-ilə möhkəmlənən münasibətlərimizə xələl gətirə bilməz.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi