Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozakı qəbul edib.
"Report" xəbər verir ki, görüşdə paytaxtımızda təşkil olunan Formula-1 yarışlarının beynəlxalq səviyyədə böyük maraq doğurduğu bildirilib və bu yarışların çox yüksək səviyyədə təşkil edildiyi vurğulanıb. Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Kozak Bakıda keçirilən Formula-1 yarışlarında ilk dəfə olduğunu qeyd edərək, şəhərdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.