Prezident İlham Əliyev “Royal Phillips” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyev “Royal Phillips” şirkətinin baş icraçı direktoru ilə görüşüb Azərbaycan Prezidenti "Royal Phillips" şirkəti arasında əməkdaşlığın razılıq doğurduğunu qeyd edib
Xarici siyasət
22 Yanvar , 2018 23:36
Prezident İlham Əliyev “Royal Phillips” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten ilə görüşüb.

"Report" xəbər verir ki, Frans van Houten Azərbaycandakı fəaliyyətləri barədə danışaraq ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirdiklərini məmnunluqla vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə "Royal Phillips" şirkəti arasında əməkdaşlığın razılıq doğurduğunu qeyd edib. Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.  

Son xəbərlər

Orphus sistemi