Prezident İlham Əliyev Roma Papasını təbrik edib

Prezident İlham Əliyev Roma Papasını təbrik edib "Tacqoyma gününüz münasibətilə Sizi və bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm"
Xarici siyasət
18 Mart , 2016 18:27
Prezident İlham Əliyev Roma Papasını təbrik edib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-müqəddəsləri,

Tacqoyma gününüz münasibətilə Sizi və bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zəngin tolerantlıq ənənələri olan Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərin bugünkü səviyyəsi xüsusi məmnunluq doğurur. Bu yaxınlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və möhkəmləndirilməsi yolunda fəal əməkdaşlığımızın bariz nümunəsidir.

Ümidvaram ki, dünyada sülhün, sabitliyin qorunub saxlanması, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi