Prezident İlham Əliyev Raymond Veyonisi Latviyanın dövlət başçısı seçilməsi münasibətilə təbrik edib

Prezident İlham Əliyev Raymond Veyonisi Latviyanın dövlət başçısı seçilməsi münasibətilə təbrik edib "Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram"
Xarici siyasət
4 İyun , 2015 15:30
Prezident İlham Əliyev Raymond Veyonisi Latviyanın dövlət başçısı seçilməsi münasibətilə təbrik edib

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Raymond Veyonisi Latviyanın dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. "Report"un məlumatına görə, Prezidentin təbrik məktubunda deyilir:  

"Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan-Latviya münasibətlərinə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi