Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidentinə başsağlığı verib Azərbaycan Prezidenti: “Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi”
Xarici siyasət
1 May , 2017 14:25
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidentinə başsağlığı verib
Azertag.az

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı məktubu göndərib. 

“Report” xəbər verir ki, məktubda deyilir: 

“Hörmətli Almazbek Şarşenoviç,

Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qırğızıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!”

Son xəbərlər

Orphus sistemi