Prezident İlham Əliyev Qırğız Respublikasına səfərə gəlib

Prezident İlham Əliyev Qırğız Respublikasına səfərə gəlib Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak edəcək
Xarici siyasət
2 Sentyabr , 2018 20:54
Prezident İlham Əliyev Qırğız Respublikasına səfərə gəlib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün sentyabrın 2-də Qırğız Respublikasına səfərə gəlib.

"Report" xəbər verir ki, Çolpon-Ata şəhərinin İssuk-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Qırğız Respublikası Baş nazirinin birinci müavini Kubatbek Boronov və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi