Prezident İlham Əliyev Qətərə rəsmi səfərə gedib

Prezident İlham Əliyev Qətərə rəsmi səfərə gedib Dövlət başçısını Qətərin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar
Xarici siyasət
26 Fevral , 2017 19:28
Prezident İlham Əliyev Qətərə rəsmi səfərə gedib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Qətər Dövlətinə rəsmi səfərə gedib.

"Report" xəbər verir ki, Azərbaycanın və Qətərin dövlət bayraqlarının dalğalandığı Doha şəhərindəki “Hamad” beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim bin Mohammad Al Tani və digər yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi