Prezident İlham Əliyev Qətər Əmirini təbrik edib

Prezident İlham Əliyev Qətər Əmirini təbrik edib Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
17 Dekabr , 2018 18:18
Prezident İlham Əliyev Qətər Əmirini təbrik edib

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm".

Dövlət başçısı həmçinin Qətər Dövləti Əmirinin müavini Əlahəzrət Şeyx Abdullah bin Həməd Al Taniyə də təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir: 

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi