Prezident İlham Əliyev Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb

Prezident İlham Əliyev Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb Söhbət zamanı Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
17 Mart , 2015 17:59
Prezident İlham Əliyev Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. 

“Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlıqdan və “Şahdəniz” qaz yatağının işlənməsi üzrə səmərəli birgə fəaliyyətdən məmnunluq ifadə edilib. Ötən il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin, eləcə də Qarsda TANAP layihəsinin təməlinin qoyulmasının önəmi vurğulanıb, “Cənub” qaz dəhlizi layihəsi üzrə işlərin uğurla davam etməsinin əhəmiyyəti qeyd olunub. “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi kimi TANAP-ın önəmi, bu layihələrdə bütün işlərin plan üzrə həyata keçirildiyi bildirilib.

Söhbət zamanı 2018-ci ildə “Şahdəniz-2” layihəsindən Türkiyəyə 6 milyard kubmetr əlavə qazın verilməsinin əhəmiyyəti qeyd edildi. TAP layihəsi üzrə də işlərin uğurla davam etdiyi vurğulanıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirilib.

Görüşdə bp-nin TANAP layihəsinin səhmdarlarından biri olmasından məmnunluq ifadə olunub, digər layihələr üzrə də işlərin uğurla davam etdirildiyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi