Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev İndoneziya və Qabonun dövlət başçılarına təbrik məktubu göndərib

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram

    Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Qabonun dövlət başçısı Ali Bonqo Ondimbaya təbrik məktubu göndərib. 

    "Report" xəbər verir ki, məktubda deyilir:

    "Hörmətli cənab Prezident,

    Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram".

    Azərbaycan Prezidenti İndoneziya Prezidenti Coko Vidodoya da təbrik məktubu göndərib. 

    Məktubda deyilir: "Hörmətli cənab Prezident,

    İndoneziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

    Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi