Prezident İlham Əliyev portuqaliyalı həmkarına məktub göndərib

Prezident İlham Əliyev portuqaliyalı həmkarına məktub göndərib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu di Souzaya təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
9 İyun , 2020 16:20
Prezident İlham Əliyev portuqaliyalı həmkarına məktub göndərib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu di Souzaya təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Portuqaliya xalqına daim rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi