Prezident İlham Əliyev Polşa Baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Polşa Baş nazirinin müavinini qəbul edib Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
2 İyun , 2015 15:59
Prezident İlham Əliyev Polşa Baş nazirinin müavinini qəbul edib

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

"Report" xəbər verir ki, dövlət başçısı İlham Əliyev Yanuş Pexoçinskinin Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransında iştirakını iki ölkə arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycan ilə Polşa arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, investisiya qoyuluşu, ticarət və digər sahələrdə bundan sonra da fəal şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski qeyd edib ki, o, Bakıya səfərindən və müasir dünyada gedən prosesləri dərindən bilən siyasi xadim - Azərbaycan Prezidenti ilə görüşməkdən məmnunluq duyur. Y.Pexoçinski ölkəsinin və özünün Avropa İttifaqında Azərbaycan Prezidenti tərəfindən irəli sürülən təşəbbüsləri daim dəstəklədiklərini deyib. O, əldə olunan böyük nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi Polşa hökuməti adından təbrik edib.

Görüşdə Azərbaycan ilə Polşa arasında kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi