Prezident İlham Əliyev Perunun dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Perunun dövlət başçısını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Peru Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu göndərib.
Xarici siyasət
27 İyul , 2019 14:38
Prezident İlham Əliyev Perunun dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Peru Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə və xalqınıza ən xoş arzularımı yetirirəm".

Son xəbərlər

Orphus sistemi