Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb - YENİLƏNİB

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb - YENİLƏNİB Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baronu qəbul edib.
Xarici siyasət
25 Oktyabr , 2018 16:04
Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb - YENİLƏNİB

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baronu qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı xanım Qabriela Barona VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına və orada çıxışına görə minnətdarlığını bildirib.

Xanım Qabriela Baron bu tədbirə dəvət olunduğuna görə təşəkkür edərək Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, bu tədbirdə Meksika parlamentinin deputatı olması ilə yanaşı, Parlamentlərarası İttifaqın prezidenti qismində də iştirak etməsi onun üçün böyük önəm daşıyır. Belə ki, bu təşkilat bu ilin dekabrında Azərbaycanda Gənc Parlamentarilərin V Qlobal Konfransının keçirilməsini planlaşdırır. Xanım Qabriela Baron Azərbaycanın bu mühüm tədbirə də ev sahibliyi etməsinə görə minnətdarlığını bildirib və bunu çox yaxşı təşəbbüs kimi dəyərləndirib.

Söhbət zamanı Bakıda keçirilən Forumun ölkələr və xalqlar arasında əlaqələrin, eləcə də parlamentlərarası əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb.


*** 14:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oktyabrın 25-də Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baronu qəbul edib. 

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Son xəbərlər

Orphus sistemi