Yuxarı

Prezident İlham Əliyev Nitsadakı terror aktına görə Fransa prezidentinə başsağlığı verib

“Biz bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik”

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Nitsa şəhərində törədilən terror aktına görə Fransa Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib.

"Report" xəbər verir ki, başsağlığı məktubunda deyilir: 

Hörmətli cənab Prezident,

“Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi