Yuxarı

Prezident İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru ilə görüşüb

Görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulanıb

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycan ilə müəyyən sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Dünyada mürəkkəb proseslərin baş verdiyi bir dövrdə kibertəhlükəsizliyin təmin olunmasının ikitərəfli əməkdaşlıqda mühüm yer tutduğu bildirildi. Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyinin vurğulandığı söhbət zamanı xüsusilə sənaye və digər sahələrdəki proseslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərin görülməsi ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi