Prezident İlham Əliyev Moldovanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Moldovanın dövlət başçısını təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodona təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
26 avqust 2019 14:13
Prezident İlham Əliyev Moldovanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodona təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Moldova xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətləri, ölkələrimizin ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Moldova xalqına isə sülh və tərəqqi diləyirəm".

Son xəbərlər

Orphus sistemi