Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib

Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Xarici siyasət
19 Noyabr , 2018 10:08
Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

“Report” xəbər verir ki, meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib.

Son xəbərlər

Orphus sistemi