Yuxarı

Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib

Azərbaycan ilə Mərakeş arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin kralı əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Əlahəzrət, əziz qardaşım,

Ölkənizin milli bayramı – Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Mərakeş arasındakı qarşılıqlı inam və dəstəyə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və rifah diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi