Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərib

Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərib Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib. 
Xarici siyasət
14 Noyabr , 2017 18:03
Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərib

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Fələstin Dövlətinin Elan Edilməsi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsi və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi arzulayıram".

Son xəbərlər

Orphus sistemi