Bakı. 29 sentyabr. REPORT.AZ/ Prezident
"Report" xəbər verir ki, səfir İmre Laslotski fəxri qarovul dəstəsinin qarşısından keçib.
İmre Laslotski etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Fövqəladə və səlahiyyətli səfir İmre Laslotski Macarıstanın baş naziri Viktor Orbanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını baş nazirinə çatdırmağı xahiş edib.


