Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik məktubu göndərib

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm

    Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu göndərib. 

    "Report" xəbər verir ki, məktubda deyilir:

    "Lüksemburqun milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

    Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi