Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - ƏLAVƏ OLUNUB

    Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb

    *** 10:18

    Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Latviya Seyminin sədri İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    "Report" xəbər verir ki, Azərbaycanın və Latviyanın parlament nümayəndələrinin müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çərçivəsində əməkdaşlıq etdiyini deyən dövlət başçısı iki ölkə arasında bütün sahələrdə yaxın münasibətlərin olmasının vacibliyini vurğulayıb. Ölkəmizin ikitərəfli əlaqələrin daha da mökəmləndirilməsində maraqlı olduğunu deyən Prezident İlham Əliyev bu baxımdan İnara Murnietsenin Azərbaycana səfərinin əhəmiyyətini qeyd edib.

    Azərbaycana ilk dəfə 12 il əvvəl səfər etdiyini deyən İnara Murnietse ölkə haqqında çox gözəl xatirələrinin olduğunu bildirib. O vaxtdan ötən dövr ərzində Azərbaycanda çox müsbət dəyişikliklərin şahidi olduğunu deyən Latviya Seyminin sədri bu nailiyyətlərin əldə edilməsində ölkə rəhbərliyinin vacib rol oynadığını vurğulayıb. Azərbaycan paytaxtın çox müasir şəhər olduğunu deyən qonaq Bakının milli və tarixi ənənələrlə yanaşı, müasir arxitekturanı özündə birləşdirməsinin şəhərə xüsusi ecazkarlıq verdiyini deyib. Azərbaycanda savadlılığın yüksək səviyyədə olduğunu deyən Latviya Seyminin sədri ölkəsində də təhsilə böyük önəm verildiyini bildirib. Azərbaycanın xeyriyyəçilik sahəsində gördüyü işlərə toxunan İnara Murnietse bu istiqamətdə birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.

    Prezident İlham Əliyev Latviyada da tarixi memarlığın, mədəniyyətin və milli irsin qorunub saxlanması istiqamətində çox işlər görüldüyünü, Riqaya son səfərində bunun şahidi olduğunu qeyd edib. Hər iki ölkənin paytaxt şəhərlərində yerləşən “İçərişəhər”in iki ölkənin qürur mənbəyi olduğunu deyən dövlət başçısı bunu, qədim tarixin və milli ənənələrin bariz nümunəsi kimi dəyərləndirib.

    Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi