Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının rəhbərini təbrik edib

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının rəhbərini təbrik edib "Ümidvaram ki, ölkələr arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək"
Xarici siyasət
8 Sentyabr , 2015 18:24
Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının rəhbərini təbrik edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen İna təbrik məktubu ünvanlayıb. "Report" xəbər verir ki, təbrik mətnində deyilir:

"Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, ölkələr arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək. 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi