Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib - ƏLAVƏ OLUNUB

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib - ƏLAVƏ OLUNUB Görüşdə Azərbaycanla İSESCO arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub
Xarici siyasət
29 Sentyabr , 2016 13:36
Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

"Report" xəbər verir ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Forumun dünyada gedən proseslərə münasibət bildirmək üçün yaxşı platforma olduğunu deyib. Dövlət başçısı qeyd edib ki, V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyi zəngindir və burada müzakirə edilən məsələlər əhəmiyyətlidir.

Bu mötəbər tədbirin artıq beşinci dəfədir keçirildiyini deyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumun çox uğurlu olduğunu deyib. Bildirib ki, indiyədək keçirilən forumlarda qəbul edilən qərarlar bütün dünyada böyük nəticələrin əldə olunmasına şərait yaradır.

Görüşdə Azərbaycan, o cümlədən Heydər Əliyev Fondu ilə ISESCO arasında çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, bu əməkdaşlığın beynəlxalq səviyyədə önəmi qeyd edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi