Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib Əbdüləziz Osman əl-Tuveycri dəstəyə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib
Xarici siyasət
25 Noyabr , 2015 15:28
Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

“Report” xəbər verir ki, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi təşkilatın XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qonaqların Bakı ilə ilk tanışlıqdan valeh olduqlarını vurğulayan Əbdüləziz Osman əl-Tuveycri paytaxtda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.

ISESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan dövlət başçısı yüksək səviyyəli qonaqların ölkə ilə yaxından tanış olmaları üçün tədbirin yaxşı imkan yaratdığını deyib.

Görüşdə Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olunub. Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi