Prezident İlham Əliyev İsveçrə dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev İsveçrə dövlət başçısını təbrik edib Məktub İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə göndərilib
Xarici siyasət
31 İyul , 2017 18:43
Prezident İlham Əliyev İsveçrə dövlət başçısını təbrik edib

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Loytharda təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli xanım Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İsveçrə əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi