Prezident İlham Əliyev İsrail Prezidentinə təbrik ünvanlayıb

Prezident İlham Əliyev İsrail Prezidentinə təbrik ünvanlayıb “Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm”
Xarici siyasət
180
1 May , 2017 18:08
Prezident İlham Əliyev İsrail Prezidentinə təbrik ünvanlayıb
Azertag.az

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Son xəbərlər

Orphus sistemi