​Prezident İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidentini qəbul edib

​Prezident İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidentini qəbul edib Şahzadə Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını dövlət başçısına çatdırıb
Xarici siyasət
13 İyun , 2015 13:54
​Prezident İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidentini qəbul edib

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəyə səfərə gələn İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti, Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu qəbul edib. 

“Report”un xəbərinə görə, Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını dövlət başçısına çatdırıb. O, birinci Avropa Oyunlarının açılış mərasiminin yüksək səviyyədə təşkil olunması münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Ölkələrin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayan Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Səudiyyə Ərəbistanının Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini deyib.

“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə toxunan dövlət başçısı mərasimdə nümayiş etdirilən kompozisiyanın Azərbaycanın tarixinin, mədəniyyətinin və müasirliyinin ifadəsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Dövlətimizin başçısı Kral Salman bin Əbdüləziz Əl Səudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi