Prezident İlham Əliyev İranın XİN başçısını qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev İranın XİN başçısını qəbul edib - YENİLƏNİB Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici siyasət
15 Mart , 2018 16:51
Prezident İlham Əliyev İranın XİN başçısını qəbul edib - YENİLƏNİB

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. 

O, Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən dördtərəfli görüşündən məmnunluğunu bildirib.

Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının işinə toxunan Məhəmməd Cavad Zərif bu komissiyanın fəaliyyətinin çox yaxşı nəticələr verdiyini deyib və yaxın vaxtlarda iqtisadi sahədə əməkdaşlığa dair mühüm sənədlərin imzalanacağını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən görüşünün regional əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının işinin uğurlu nəticələrini də məmnunluqla vurğulayıb.

Görüşdə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin yaxın zamanlarda Azərbaycana nəzərdə tutulan səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.


*** 13:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi