​Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

​Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib Görüşdə Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
28 Yanvar , 2016 14:23
​Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akçanı qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə çox yaxşı ikitərəfli əlaqələrinin, o cümlədən siyasi və iqtisadi əməkdaşlığının əhəmiyyətini vurğulayaraq ölkənin bu əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu deyib. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev təşkilatın iki sammitinin Bakıda keçirilməsinin önəmini qeyd edib. Dövlət başçısı dünyada iqtisadi çətinliklərin və böhranın hökm sürdüyü bir vaxtda təşkilatın üzv dövlətləri arasında iqtisadi əməkdaşlığın əhəmiyyətli olduğunu deyib. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akçanın Azərbaycana səfərinin təşkilatın fəaliyyətinin gələcək planları ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olduğunu vurğulayan baş katib Xəlil İbrahim Akça rəhbərlik etdiyi təşkilatın ölkədə keçirilən sonuncu sammitini məmnunluqla xatırlayıb. 

Görüşdə Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi